Avtomobil cəsur xrom radiator barmaqlıqlarından tutmuş, parlaq yüngül lehimli disklərə qədər hər cəhətdən diqqət çəkməyi bacarır. Güclü kuzov xəttləri Swift-in güclü xarakterini təmsil edərkən dirəyə quraşdırılmış arxa qapı tutacaqları və idman cizgiləri avtomobili fərqləndirir.
Swift hər zaman əyləncəli sürüş vəd edən idman üslublu hetçbek olaraq tanınıb. Siz də yoxladıqda bu bənzərsiz hissi yaşayacaqsınız. Swift dəbli dizaynı və dinamikliyi ilə yanaşı ağıllı texnologiyaları ilə də əyləncəyə köklənməyinizə şərait yaradır.
GL Techno və GLX Premium təchizatında təqdim olunan multimediya sistemi Apple Carplay və Android Auto kimi sistemləri dəstəkləyir. Bu sayədə smartfonunuzdakı naviqator, mesajlar kimi müəyyən tətbiqləri sensor ekrana yönəldərək idarə edə bilərsiniz. Arxa görüş kamerasının görüntüsünü də bu ekrandan izləmək mümkündür.
Suzuki Swift-də qabaqcıl qabaq aşkarlama sistemi ön şüşəyə quraşdırılmış monokulyar kamera və lazer sensorundan istifadə edir. Orta və uzun məsafədə fəaliyyət göstərən və piyadaları aşkarlaya bilən monokulyar kamera və qısa məsafədə və gecə şəraitində aşkarlamanı təmin edən lazer sensoru toqquşmaya qarşı əyləc funksiyasının, zolaqdan çıxma xəbərdarlığı funksiyasının tətbiqini dəstəkləyir. Sistem həmçinin adaptiv kruiz-kontrol funksiyasını yerinə yetirən millimetr dalğalı radardan istifadə edir.
Suzukinin təhlükəsizlik xüsusiyyətləri ilə daxili hüzuru hiss edin